Şirkət haqqında

Peşəkarlığımızla öndəyik!

Bir neçə sahəni və xidməti özündə birləşdirən "Climetal" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildən etibarən fəaliyyət göstərir.

"Climetal" isitmə, soyutma, havalandırma sistemləri, metal-konstruksiyaların inşası və digər çoxşaxəli sahələr üzrə ciddi ixtisaslaşmış şirkətdir.

Peşəkarlığımızla öndəyik!

Müxtəlif istiqamətlər üzrə şaxələnmiş və dinamik idarəetmə imkanlarımızla xidmət baxımından işimizin peşəkarlarıyıq.

Strategiyamız fəaliyyətimizin bütün istiqamətlərində ortaq əməkdaşlığa istiqamətlənən yanaşmanı dəstəkləyir.
Haqqımızda daha çox bilmək istədiyinizdən əminik.
Məqsəd və hədəflərimiz bizi zirvəyə daşıyır.
MƏQSƏDİMİZ

Müştəri yönümlü və nəticə əsaslı iş fəlsəfəmizə sadiq qalaraq fəaliyyətimizin bütün istiqamətlərində müştərilərimizin tələb və gözləntilərini tam şəkildə qarşılamaqdayıq. Fəlsəfəmiz bizə etimad göstərən insanlara göstərdiyimiz münasibəti təcəssüm etdirir. Məqsədimiz əsasını qoyduğumuz yeni keyfiyyət standartlarını aşılamaq, biznes və iş mühitində tərzimizi ortaya qoymaqdır.

HƏDƏFİMİZ

Yeniliklərə açıq strategiyamız və əzmimiz sayəsində inkişaf etməyə davam edirik. Davamlı inkişaf öz növbəsində ölkəmizdə son illər inkişaf etməkdə olan qeyri-neft sektorunda yüksək mövqelənmiş bir şirkətə çevrilməyimizə təkan verir. Peşəkarlığımıza və mövqeyimizə əsaslanaraq ölkə ərazisində həyata keçirdiyimiz uğurlu layihələrin davamı olaraq region və dünya bazarında sağlam və uzunmüddətli münasibətlərin təməlini qoymağı hədəfləriyirik.

Haqqımızda daha çox bilmək istədiyinizdən əminik.
Rəhbər prinsiplərimiz bizi uğura doğru aparır.
Davamlı inkişaf
Davamlı inkişaf

Fəaliyyət sahələrimizin bütün aspektlərini öyrənərək davamlı inkişaf yolları axtarışındayıq.

01

Dinamik idarəetmə
Dinamik idarəetmə

Dinamik idarəetmə imkanlarımızdan maksimal dərəcədə istifadə edərək faəliyyətimizi intensivləşdiririk.

02

Müştəri yönümlülük
Müştəri yönümlülük

Müştəri məmnuniyyətinin artırılması istiqamətində ölçülə bilən məqsədləri daima diqqətdə saxlayırıq.

03

Komandamıza qoşulmaq və bizimlə birlikdə irəliləmək üçün müraciət edə bilərsiniz.