HVAC sistemləri

İsitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi.

"Climetal"ın ixtisaslaşdığı fəaliyyət istiqmətlərindən biri isitmə, soyutma və havalandırma (HVAC) sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisidir.

İsitmə sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi

İsitmə sistemləri qapalı məkanların lazımi istilikdə tutulması üçün daxili mühitdən xarici mühitə istilik itkisinin qarşılanması prinsipi ilə çalışan sistemdir. "Climetal" aşağıdakı sistemlərin layihələndirilməsi, quraşdırılması və servisini həyata keçirir:

  • Qazanxana sistemi
  • Daxili isitmə sistemi (radiator, isti pol sistemi)
  • İstilik nasosu
  • Kombi və divar qazanları, o cümlədən buxar qazanxanalarının layihələndirilməsi.

Soyutma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi

Təcrübəli mütəxəssislərimiz soyutma sistemi qurulacaq məkanın təyinatından asılı olaraq aşağdakı soyutma sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisini həyata keçirir:

  • Kondisioner sistemləri
  • Multi split kondisioner sistemləri
  • Kanal və kasset tipli kondisionerlər
  • Server otaqlarının həssas tipli soyutma sistemləri
  • Çiller və fankoil soyutma sistemləri
  • VRV sistemi
  • "Rooftop" sistemi

 

Havalandırma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi

İnzibati və yaşayış binalarında havalandırma sistemlərinin quraşdırılması zəruridir. Bu sistemlərin olmadığı qapalı məkanlarda karbon və digər zərərli qazların artması müşahidə olunur. Bu da öz növbəsində insanların özünü pis hiss etməsinə, baş ağrılarına, yorğunluğa, əmək məhsuldarlığının azalmasına və digər neqativ hallara səbəb olur.

"Cilmetal" şirkətinin layihələndirdiyi və quraşdırdığı havalandırma sistemlərinin texniki xüsusiyyətləri beynəlxalq standartların normalarına cavab verir.

  • Sənaye tipli havalandırma sistemləri
  • Havalandırma kanalları
  • Mərkəzi havalandırma sistemi (AHU)
  • Hava sorma və vurma sistemi
  • Gigiyenik havalandırma sistemi